UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin püşkatması keçiriləcək

Bu gün İsveçin Nyon şəhərində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkatma mərhələsi keçiriləcək.
Liqa mərhələsindən sonra “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Bayer Leverkuzen” (Almaniya) və “Lill” (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, pley-off mərhələsindən sonra 1/8 finala “Feyenoord” (Niderland), “Bavariya” (Almaniya), “Brügge” (Belçika), “Real Madrid” (İspaniya), PSJ (Fransa), PSV (Niderland), “Borussiya Dortmund” (Almaniya), “Benfika” (Portuqaliya) klubları çıxıblar.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.