UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbərini futboldan ömürlük uzaqlaşdırıb

26 Noyabr 2020 - 18:57

UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb. 

Apasport.az xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İbrahimov Dağlıq Qarabağ müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Qurum eyni zamanda Ağdam təmsilçisini 1000 avro məbləğində cərimələyib.