Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın “Qazprom” şirkəti ilə sponsorluq müqaviləsini ləğv edir.
Azpost.info xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Məlumata görə, təşkilat müqavilənin denonsasiyası prosesinə başlayıb. Bu qərara Rusiya ordusunun Ukrayna ərazisinə soxulması səbəb olub. Qeyd edək ki, “Qazprom” 2012-ci ildən UEFA-nın sponsorudur. Ötən ilin mayında təşkilat şirkətlə üçillik müqavilə imzalamışdı. Və hər mövsüm üçün 40 milyon avro almalı idi. UEFA müqaviləyə xitam verməklə təxminən 100 milyon avrodan məhrum olacaq. Lakin Ukraynadakı vəziyyəti nəzərə alaraq bu addımı atmağa hazır olduğunu bəyan edir.
Azpost.info