Ukrayna Belarus ərazisində Rusiya ilə danışıqlara razılıq verdi

Ukrayna Belarusun Qomel vilayətində Rusiya ilə danışıqlar aparmağa razılıq verib.

Azpost.info bildirir ki, bu barədə Putinin köməkçisi Vladimir Medinski bildirib.

Nümayəndə heyətinin rəhbəri deyib ki, hazırda Rusiya nümayəndə heyəti Qomelə yola düşüb. “Rusiya nümayəndələri istənilən zaman danışıqlara hazırdır”.

Putinin mətbuat katibi Peskov deyib ki, bununla bağlı Belarus prezidenti Lukaşenko ilə Zelenski danışıb. “Bundan sonra Lukaşenko Rusiya tərəfinə-Putinə müraciət edərək nümayəndə heyətini geri çağırmamağı xahiş etdi. Lukaşenko bildirdi ki, Ukrayna tərəfi Qomeldə danışıqların keçirildiyi yerə gəlməyə razıdır. Hazırda Ukrayna nümayəndə heyətini gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lukaşenko və Zelenski danışdı

Sonrakı məqalə

Putin ordunu xüsusi döyüş növbətçiliyi rejiminə keçirdi