Ukrayna Belarusla hava əlaqəsini dayandırır –

Belarus üçün uçuşlar qadağan olunur
24 May 2021 - 23:43

Ukrayna Belarusla hava əlaqəsini dayandırır.

Azpost.info bildirir ki, prezident Zelenski hökümətə aviaəlaqələrin kəsilməsi barədə qərar hazırlamağı tapşırıb.

Ukrayna hökümətinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı bu göstərişi hökümətin Ryanir təyyarəsi ilə bağlı vəziyətin müzakirəsinə həsr edilmiş iclasında verib.

Həmçinin Belarusun avia uçuşları üçün hava məkanın bağlanması barədə göstəriş verib.

Minsk Litvaya uçan təyyarəni məcburi endirərək  salonda olan müxalifət fəalını həbs edib.

Bununla bağlı ciddi qalmaqal yaranıb.