“Ukrayna böhranından dərs almalıyıq” –
Çin Ukrayna böhranından dərs çıxarmağa və Avropada təhlükəsizliyi qorumaq üçün mexanizm yaratmağa çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ açıqlama verib.
“Uzunmüddətli perspektivdə Ukrayna böhranından dərs çıxarmaq lazımdır. Əlbəttə ki, qarşılıqlı hörmət, təhlükəsizliyin bölünməzliyi prinsipləri əsasında. Bu sahədə bütün tərəflərin narahatlıqlarını nəzərə alaraq dialoq yolu ilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturası yaradılmalıdır. Bununla Avropada uzunmüddətli nizam və sabitliyə nail olmaq mümkündür”, – Vanq İ Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.
Azpost.info
