Ukrayna hökuməti rus əsirlərini analarına təhvil verəcək

rus esir

Ukrayna hökuməti rus əsirləri analarına təhvil vermək qərarına gəlib. Bu şərtlə ki, övladlarının ardınca analar özləri gəlməlidir.

Azpost.info xəbər verir ki, bu barədə bu gün Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib. Rus anaların oğulları ilə bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlaya biləcəkləri telefonlar və e-poçt ünvanı da dərc olunub.

Ukrayna Müdafiə Nazirliyi əsir düşmüş rus əsgərlərinin yaxınları üçün “Qaynar xətt” də açıb. Məlumata görə, minlərlə rusiyalı öz yaxınını məhz bu “Qaynar xətt” vasitəsilə axtarır. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir