Ukrayna ilə bağlı ikinci konfrans bu ölkədə ola bilər

zelenski

Səudiyyə Ərəbistanı Ukrayna üzrə ikinci konfransa ev sahibliyi edəcək ölkə kimi nəzərdən keçirilir.

Azpost.info xəbər verir ki, bu barədə diplomatik mənbə RİA Novosti-yə bildirib.

“Hələlik dəqiq görüş yeri müəyyən edilməyib. Bu, variantlardan biridir”, – mənbə bildirib.

Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani də Səudiyyə Ərəbistanında konfransın keçirilməsinin mümkünlüyünü açıqlamışdı.

O qeyd edib ki, yaxın aylarda görüşün təşkilinin mümkün olub-olmayacağını diqqətlə öyrənmək lazımdır.

Azpost.info