“Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsini istəmirik” –

peskov

Rusiya Ukrayna prezidenti Vladimir Zelenskinin ölkələr arasında diplomatik münasibətlərin kəsilməsi ehtimalı ilə bağlı bəyanatına münasibət bildirib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Kiyevlə diplomatik təmaslarda maraqlı olduğunu deyib: “Rusiya tərəfi bütün səviyyələrdə diplomatik təmaslar üçün açıqdır. Və bu təmaslarda maraqlıdır”.

Peskov bildirib ki, Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsi çox arzuolunmazdır. “Diplomatik münasibətlərin kəsilməsi son dərəcə arzuolunmaz ssenari olardı ki, bu da yəqin ki, hər şeyi daha da çətinləşdirəcək. Ən əsası da təkcə dövlətlər üçün deyil, həm də iki ölkənin xalqları üçün”.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ilə diplomatik münasibətləri pozmaq barədə düşünmədiklərini bəyan edib. “Biz belə bir qərar barədə düşünməmişik. Bu, bizim seçimimiz deyil”, – Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir