Rusiya və Ukrayna arasında münaqişənin nizamlanmasına dair mümkün razılaşmanın əksər şərtləri artıq razılaşdırılıb.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bəyan edib.
Onun sözlərinə görə, sülh sazişinin yekunlaşdırılması üçün tərəflərin yüksək səviyyədə görüş keçirməsi zəruridir.
“Rusiya və Ukrayna ilə yaxşı danışıqlar və görüşlər günü oldu. Onlar razılaşmaya çox yaxındırlar və indi hər iki tərəf bu məsələyə son qoymaq üçün çox yüksək səviyyədə görüşməlidir. Əsas maddələrin əksəriyyəti artıq razılaşdırılıb.” – deyə Tramp yazıb.