Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna Kurska nə üçün hucum edib?

User 12 Avqust 2024 - 11:45 (Last updated: 21 May 2025 - 20:15)
kursk

Minlərlə Ukrayna əsgəri Rusiyanın Kursk bölgəsinə qarşı hücumda iştirak edir. Məqsədi Rusiyada mövqeləri genişləndirmək sabitliyi pozmaqdır.

Azpost.info bildirir ki, bu sözləri Ukraynanın yüksək rütbəli təhlükəsizlik rəsmisi AFP-yə açıqlamasında Kurska hucumun hədəflərini şərh edərkən bildirib.

“Biz hücum edirik. Məqsəd düşmənin mövqeyini genişləndirmək, maksimum itki vermək və Rusiyada sabitliyi pozmaqdır. Çünki o, öz sərhədini qoruya bilmir”, – deyə adının çəkilməsini istəməyən rəsmi agentliyə bildirib.

Rusiya hərbçiləri daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatda 1000-ə yaxın əsgərin iştirak etdiyini bildirsə də, AFP-nin Kiyevdəki həmsöhbəti daha çox olduğunu bildirib.

Onun sözlərinə görə, Kursk vilayətinin işğalı ukraynalılar arasında əhval-ruhiyyəni xeyli yüksəldib: “Bu, bizim əhval-ruhiyyəmizi, Ukrayna ordusunun, dövlətinin və cəmiyyətinin əhval-ruhiyyəsini xeyli yüksəltdi. Bu əməliyyat göstərdi ki, biz hücuma keçə və irəli gedə bilərik”-, – deyə rəsmi bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, Ukrayna Rusiyaya işğalı zamanı beynəlxalq humanitar hüquqa ciddi əməl edəcək və heç bir ərazini ilhaq etməyi planlaşdırmır.

“Ukraynanın heç bir konvensiyanı pozmaması çox vacibdir. Biz humanitar qanunlara ciddi əməl edirik: biz məhbusları edam etmirik, qadınları zorlamırıq, qarət etmirik”, – deyə o, əmin edib.

Bununla belə, Ukraynanın Kurska hucumu Rusiyanın Ukraynanın şərqindəki hücumunu zəiflətməyib. Agentliyin həmsöhbəti etiraf edib ki, ruslar Ukraynanın şərqindəki mövqelərdən qoşunlarını çıxarmır, lakin Rusiyanın hücumlarının intensivliyi bir qədər azalıb.

Post navigation

Previous: ABŞ və İsrail müdafiə nazirləri Haniyənin ölümündən sonra 6-cı dəfə danışıq aparıblar
Next: G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Oxşar xəbərlər

Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57
israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və...
Read more about Sabaha olan hava proqnozu
Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57
Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.