Ukrayna Silahlı Qüvvələri artıq üçüncü gündür ki, Moskvaya kamikaze dronlarla hücum etməyə çalışır. Təkcə dünən gecə paytaxta yaxınlaşarkən 48 Ukrayna dronu vurulub.
Azpost.info -nun məlumatına görə, Moskva vilayətinin sakinləri SHOT teleqram kanalına bildiriblər ki, dünən gecə Odintsovo və Domodedovo ərazilərində partlayışlar eşidilib. Dronların səsi Moskva vilayətinin İstra rayonunda və Dubna ətraf ərazilərində də eşidilib. Hazırda Jukovski, Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Uçuşlar əvvəlcədən razılaşdırılmış şəkildə həyata keçirilir. Tələfat və ya ziyan barədə heç bir məlumat yoxdur.
Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri 1200 km-ə qədər uça bilən FP-1 dronları ilə Moskvaya hücum etməyə çalışır.
SHOT-un məlumatına görə, dronlar Ukraynanın üç bölgəsindən: Xmelnitski, Nikolayev və Çerniqovdan buraxılır. Dronlar 8-10 nəfərlik kiçik “sürü” şəklində uçur. Hücumlar dalğa şəklində həyata keçirilir. 3,5 metr uzunluğundakı dronlar 50 kq-a qədər partlayıcı maddə daşıya bilir.
Gecə ərzində paytaxta yaxınlaşarkən 50 Ukrayna dronu vurulub. İki gün ərzində ümumilikdə 159 PUA zərərsizləşdirilib. Odintsovo və Domodedovo ərazilərində partlayış səsləri eşidilib.