“Ukrayna müharibəsinin qalibi olmayacaq” –

putin ukr02

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krıma hücumunun nə ilə nəticələnəcəyindən danışıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Putin bunun baş verəcəyi təqdirdə Rusiya ilə alyans arasında münaqişə yaranacağını, lakin bu münaqişədən heç kimin qalib çıxmayacağını bildirib: “Ukrayna və NATO Krımı qaytarmağa cəhd etsə, o zaman Avropa ölkələri avtomatik olaraq müharibəyə cəlb olunacaq. Bu müharibədə də qaliblər olmayacaq”.
Rusiya lideri qeyd edib ki, alyansla Rusiyanın qüvvələrinin müqayisə olunmayacağını bilir. Bununla belə, o xatırladıb ki, Rusiya Federasiyası aparıcı nüvə dövlətlərindən biridir.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir