“Ukrayna NATO-ya üzv olan kimi Krıma və Donbasa hucum edəcək” –

putin ukr02

“Ukraynanın doktrinasında yazılıb ki, Krımı hərbi yolla qaytarmağa hazırlaşırlar. Bunu kütlə üçün demirlər, sənədlə yazıblar”.

Azpost.info bildirir ki, bu sözləri ki, Rusiya prezidenti Putin Macarıstanın baş naziri ilə keçirdiyi mətbuat konfransında Ukrayna ətrafında gərginliyi şərh edərkən bildirib.

Putin Ukraynanın NATO üzvü olduqdan sonra törədəcəyi təhlükədən danışıb: “Təsəvvür edək ki, Ukrayna NATO üzvüdür, ölkə ağzına qədər silahla doldurulub. Polşa və Ukraynada olduğu kimi zərbə raketləri durur. Kim buna mane olacaq? Krımda, Donassda əməliyyata başlamağa ona nə mane olacaq?”- deyə Putin bildirib.

O, bunun nə ilə nəticələnəcəyi barədə düşünməyə çağırıb: “Nədir, biz NATO ilə müharibə edəcəyik? Bu barədə kimsə düşünüb? Yox!”.

Putin qeyd edib ki, Moskva vəziyyətin gərginləşdirilməsindən qaçmaq istəyir. Bunun üçün bütün maraqlı tərəflərin – Rusiya, Avropa Birliy və Ukraynanın təhlükəsizliyini təmin etmək lazımdır.

“Vaşinqton Kiyevdən Rusiyanı sıxmaq üçün alət kimi istifadə edir. Heç Ukrayna xalqının maraqlarını belə düşünmür”.

Putin ümid edir ki, Kreml və Ağ Ev problemin həll yolunu tapa biləcəklər.  “Amma bu necə olacaq, bu barədə hələləik danışmaq çətindir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir