Ukrayna nümayəndə heyəti Belarusa çatıb

ukr rus gorus

Rusiya tərəfi ilə danışıqlar aparacaq Ukrayna nümayəndə heyəti Belarusa çatıb.

RİA “Novosti”nin xəbərinə görə, danışıqlar Ukrayna-Belarus sərhədində baş tutacaq.

Rusiya nümayəndə heyəti ilə danışıqların bu gün aparılması gözlənilir.

Belarus Xarici İşlər Nazirliyi (XİN) isə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək görüşün məkanının fotosunu paylaşıb.

“Belarusda Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək üçün hər şey hazırdır. Nümayəndə heyətlərinin gəlməsini gözləyirik”, – XİN-in “Twitter” hesabında qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir