Ukrayna Silahlı Qüvvələri ilk dəfə Şimali Koreya əsgərlərinə atəş açıb.
Azpost.info bildirir ki, bu barədə Ukrayna rəsmiləri məlumat verib.
Bu, Şimali Koreya qoşunlarının Kursk bölgəsinə köçürülməsindən sonra ilk hərbi toqquşmadır.
Toqquşmalar 2022-ci ildə müharibə başlayandan bəri xarici ordunun ilk birbaşa müdaxiləsi sayılır.
Ukraynanın Milli Təhlükəsizlik Şurasındakı dezinformasiya ilə mübarizə üzrə baş nümayəndəsi Andrey Kovalenko deyib: “KXDR-in ilk hərbi hissələri artıq Kurskda atəşə tutulub”.