Ukrayna-Rusiya danışıqları 2 həftə davam edəcək
Ukrayna və Rusiya növbəti 2 həftə ərzində danışıqları davam etdirəcək. Bundan sonra zəmanətçi ölkələr onlara qoşula biləcəklər.
Azpost.info xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü Aleksandr Çalıy bildirib. “Ən fundamental tələbləri açıqladıq. Qarşıdakı 2 həftə ərzində danışıqlar aparacağıq. Düşünürəm ki, 2 həftədən sonra qarant ölkələri danışıqlara dəvət edəcəyik”, – Çalıy deyib.
Azpost.info
