Ukrayna Rusiya PUA-ları ilə bağlı 1,5 milyard dollarlıq məxfi sənədi ələ keçirib

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Orlan” dronları, elektron kəşfiyyat avadanlığı və digər hərbi texnika istehsal edən “Xüsusi Texnologiyalar Mərkəzi”nin məxfi məlumatlar arxivini əldə edib.

Azpost.info xəbər verir ki, arxivdə 100 giqabayt məlumat, o cümlədən 194 bənd üzrə sənədlər var: çertyojlar, texniki şərtlər, patentlər, proqram təminatı və s.

Hesablamalara görə, əldə edilən məlumatların dəyəri 1,5 milyard dollar ola bilər. Arxiv artıq Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və Rusiyanı zəiflətmək üçün istifadə olunur.

Bəzi məlumatlara görə, “Xüsusi Texnologiyalar Mərkəzi” Budyonnı adına Hərbi Rabitə Akademiyasının əməkdaşları tərəfindən yaradılıb. Şirkət 2016-cı ildən elektron kəşfiyyat sahəsində “QRU”ya yardım etdiyinə görə” ABŞ sanksiyaları altındadır. Bununla belə, Ukraynada müharibənin başlamasından və məhdudiyyətlərin sərtləşdirilməsindən sonra Çin və ABŞ-dakı vasitəçilər vasitəsilə Qərb komponentlərini almağa davam edib. Mərkəz təkcə 2022-ci ilin yanvar-oktyabr aylarında 25,75 milyon dollar dəyərində məhsul alıb.

Azpost.info

Əvvəlki məqalə

“Ordu və donanmanı ən müasir silahlarla təchiz edirik”

Sonrakı məqalə

60 uşaq TƏBİB-in tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə olunub