Ukrayna Rusiyanın Orlov vilayətinə PUA-larla hucum edib

Rusiya Müdafiə Nazirliyi Orlov vilayəti ərazisi üzərində Ukraynaya məxsus 4 təyyarə tipli PUA-nın ələ keçirildiyini bildirib.

Azpost.info-nun məlumatına görə, bu barədə Nazirıiyin mətbuat xidmətinin açıqlamasında deyilir.

Çərşənbə günü, yanvarın 24-də səhər tezdən terror aktına cəhdin qarşısı alınıb. Ukraynanın PUA-ları hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Öz növbəsində, Orlov vilayətinin qubernatoru Andrey Klıçkov PUA-ların Jeleznodorojnı və Şimal rayonlarına düşdüyünü bildirib. Onun sözlərinə görə, əhalinin təhlükəsizliyini təmin etmək üçün hadisə yerinə xidmətlər cəlb olunub. Rayon rəhbəri onu da bildirib ki, ilkin məlumata görə, insan tələfatı yoxdur.

 

Əvvəlki məqalə

İsrail və HƏMAS atəşkəs barədə razılıq əldə edib

Sonrakı məqalə

“Yer kürəsində bir milyard insanabənzər robot peyda olacaq” –