Ukrayna təyyarəsi İranda qəzaya uğradı –

180 nəfər sərnişin həlak oldu (SƏBƏB)
08 Yanvar 2020 - 10:00

Göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə barədə xəbəri hava limanının rəhbərliyi də təsdiqləyib və bildirilib ki, təyyarə uçuşdan sonra qəzaya uğrayıb. (APA)

İranda baş vermiş təyyarə qəzası nəticəsində sərnişinlərin hamısı həyatını itirib.

bu barədə “Reuters” məlumat yayıb.

İranın Aviasiya Nazirliyinin rəsmi nümayəndəsi Cəfər Zadənin bildirdiyinə görə, təyyarədə 167 sərnişin olub.

Ukrayna sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi açıqlanıb.

Tehranın İmam Xomeyni Aeroportunun rəsmi nümayəndəsi İRNA agentliyinə bildirib ki, qəzaya təyyarənin mühərrikinin alışması səbəb olub.