Ukrayna təyyarəsinə görə İranda etiraz aksiyaları keçirilib:"İstefa! Utanın!"

Ukrayna təyyarəsinin İran tərəfindən səhvən vurulması elan edildikdən sonra ölkənin bir neçə şəhərində, paytaxt Tehranın müxtəlif küçə və meydanlarında, eləcə də Əmir Kəbir Universitetində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

Tehranda “Şərif” Universiteti və Əmir Kəbir Univerisiteti önündə, eləcə də ətraf küçələrdə etirazçılar hakimiyyətə qarşı “istefa!”, “utanın!” şüarları səsləndirib.

Bildirilir ki, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb. Paytaxt Tehranla yanaşı İsfahan, Şiraz, Kerman və Zəncan şəhərlərində də etiraz aksiyaları keçirilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukrayna İrandan kompensasiya almaq üçün hər cür səy göstərəcək” –

Sonrakı məqalə

Britaniyanın İrandakı səfiri saxlanılıb –