Ukrayna Tula vilayətində elektrik stansiyanı PUA ilə vurdu

Rusiyanın Tula vilayətində Novomoskovsk Dövlət Rayon Elektrik Stansiyası (GRES) yanır.

Azpost.info ASTRA Telegram kanalına istindən bildirir ki, yanğın ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının yanğın monitorinq sistemi tərəfindən qeydə alınıb.

Bu GRES Novomoskovsk Azot Səhmdar Cəmiyyətinin törəmə müəssisəsidir.

26 iyun gecəsi Novosmoskovsk sakinləri çoxsaylı partlayışlar barədə məlumat veriblər. Tula bölgəsinin qubernatoru Novomoskovskdakı sənaye müəssisəsində ziyanı təsdiqləyərək bölgənin Ukrayna dronlarının kütləvi hücumuna məruz qaldığını bildirib. Həmçinin, Şekino rayonunda bir qadının yaralandığı və yaşayış binasının zədələndiyi bildirilib.
Novomoskovsk Dövlət Rayon Elektrik Stansiyası şəhərin yaşayış sektorunun və sosial obyektlərinin 60%-ni istilik və isti su ilə təmin edir.

Şəkildə: Krasnodarda dron hücumundan sonra neft anbarında yanğın.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.