Ukrayna üçün “A planı” və “B planı” nədir? –

ukr nazir kab

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Donbasdakı vəziyyətlə bağlı mümkün fəaliyyət ssenarilərini açıqlayıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Kiyevin iki planının olduğunu bildirib: “A planı” – Rusiyanı cilovlamaq və gələcək gərginliyin qarşısını almaq üçün bütün diplomatik üsullardan istifadə etməkdir. Əgər bu ssenari baş tutmasa, Ukrayna “B planı”na keçəcək. Yəni öz torpağının hər qarışı, hər şəhəri və hər kəndi uğrunda vuruşacaq. Mübarizə qələbəmizə qədər davam edəcək”.

Kuleba Rusiyanın “DXR” və “LXR”-in müstəqilliyini tanımasını absurd adlandırıb və əlavə edib ki, bunu nə Ukrayna, nə də dünyanın qalan hissəsi heç vaxt tanımayacaq.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir