Ukrayna və ABŞ hərbi yardıma nəzarətlə bağlı Memorandum imzalayıb

Ukrayna Silahlı Qüvvələrinə təqdim edilmiş beynəlxalq yardımın istifadə edilməsi üzərində nəzarət sahəsində əməkdaşlıq gücləndirilir. Bununla bağlı yanvarın 31-də Ukrayna və ABŞ arasında Qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb.

Bu barədə AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Bildirilir ki, yanvarın 31-də Ukrayna müdafiə naziri Rustem Umerov Kiyevdə ABŞ Müdafiə Nazirliyinin baş inspektoru Robert Storç ilə görüşüb.

Görüş zamanı Rustem Umerov Amerika tərəfini Ukrayna Müdafiə Nazirliyində davam edən institusional transformasiyalar, xüsusilə də effektiv nəzarət, risklərin idarə edilməsi və uyğunluq sisteminin tətbiqi, satınalmalar sahəsində korrupsiyanın qarşısının alınması, habelə müdafiə sektorunda demokratik nəzarət alətlərinin tətbiqi haqqında məlumatlandırıb.

“Aprelin sonunadək bütün nəzarət mexanizmlərinin tətbiq ediləcəyinə və sistemin işləyəcəyinə yüz faiz əmin olacağıq”, – deyə nazir qeyd edib.

Əvvəlki məqalə

Şagirdin xəstəlikdən ölməsi məsələsinə aydınlıq gətirildi

Sonrakı məqalə

İran millisi 1/4 finala vəsiqə qazanıb –