“Ukrayna və Gürcüstanı NATO-nun sammitinə dəvət etməliyik” –Baş katib Stoltenberq

NATO baş katibi Yens Stoltenberq Ukrayna və Gürcüstan liderlərinin alyansın iyunda keçirilməsi planlaşdırılan növbəti sammitinə dəvət edilməsinə tərəfdar olduğunu deyib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Stoltenberq bunu “La Vanguardia” qəzetinə bugünkü müsahibəsində bildirib: “Düşünürəm ki, bu, tərəfdaşlarla görüşmək üçün yaxşı platformadır. Lakin biz dəqiq formatla bağlı qərar verməliyik”.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində növbəti görüşü iyunun 29-30-da Madriddə baş tutacaq. Onun iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, alyansın möhkəmləndirilməsi məsələlərini və təhlükəsizlik sahəsində qlobal iqlim dəyişikliyinin nəticələrini nəzərdən keçirəcəklər.

Xatırladaq ki, bir neçə gün əvvəl Polşa prezidenti Anjey Duda NATO- Ukrayna danışıqlarının aparılmasını təklif etmişdi. Polşa lideri hesab edir ki, alyans Ukrayna və Gürcüstanın taleyin işinə buraxılmadığını göstərməlidir. Yanvarda isə prezident Vladimir Zelenski NATO baş katibi Yens Stoltenberqlə Ukraynanın iyunda keçiriləcək NATO sammitində
mümkün iştirakını müzakirə etmişdi.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur

Sonrakı məqalə

“Ukraynada müharibənin başlaması dəlilik olar” –