Ukrayna vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırdı –XİN bəyanat yaydı

“Ukrayna vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə və bu ölkəyə getməməyə çağırırıq”.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb. “Rusiyanın Ukraynaya qarşı təcavüzünün güclənməsi Rusiya ərazisində konsulluq yardımının göstərilməsi imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşlarına Rusiya Federasiyasına səfərlərdən çəkinməyi tövsiyə edir. Bu ölkədə olanlar isə Rusiya ərazisini dərhal tərk etməlidirlər”, – məlumatda deyilir.

XİN xəbərdarlıq edir ki, bu tövsiyələrə məhəl qoymamaq Rusiyada Ukrayna vətəndaşlarının adekvat müdafiəsinin təmin edilməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcək.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“MTN rəhbərliyinə 300 min verməlisən”–

Sonrakı məqalə

Füzulidəki mövqelərimiz atəşə tutulub –