“Ukrayna və Rusiya arasında tam atəşkəsə bir addım qalıb” –ABŞ

Ukrayna və Rusiyanın tam atəşkəs haqqında razılığa gəlməyinə yalnız bir addım qalıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce “News Nation” telekanalında bildirib.

“Biz tam atəşkəsdən bir nəfəs aralıyıq və bundan sonra biz təkcə bir həftəlik və ya altı aylıq sülh haqqında deyil, Ukrayna, Rusiya və dünya xalqlarının arxalana biləcəyi davamlı sülh haqqında danışmağa başlaya bilərik”, – deyə Bruce deyib.

“Biz bu iki tərəflə heç vaxt sülhə yaxın olmamışıq” – deyə o vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Səudiyyə Ərəbistanında Moskva və Kiyev nümayəndələri arasında Ukrayna nizamlanması üzrə dolayı danışıqlar aparmağı planlaşdırdığını açıqlamışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.