“Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olmayacaq” –

nato brusel

NATO baş katibinin müavini Mirça Coane Ukraynanın yaxın gələcəkdə alyansa qoşulmayacağını bildirib.

Baş katibin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması üçün alyansda bu gün mövcud olmayan konsensus olmalıdır.

“Heç kim demir Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olacaq. Ukrayna ölkə daxilində çox islahatlar aparmalıdır”,- deyə Coane “France24” telekanalına müsahibəsində deyib.

Coane əlavə edib ki, alyans Kiyevi dəstəkləyir. Lakin bu hərbi əməliyyatlarda iştirak etmək demək deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir