Ukraynanın Dnepr şəhərində yerləşən hərbi hissələrin birində hərbi qulluqçu xidmət yoldaşlarına atəş açıb.
İnsident Bakı vaxtı ilə təqribən 06:00-da baş verib.
20 yaşlı əsgər silah saxlanılan otaqdan avtomat və patron götürdükdən sonra xidmət yoldaşlarını güllələyib. Nəticədə, 4 hərbçi ölüb, daha 1-i yaralanıb. Həmin an ərazidə 22 nəfər olub. Adı açıqlanmayan əsgər hadisə yerindən qaçıb. Hazırda hərbi hissənin ərazisi mühasirəyə alınıb.
İnsidentin səbəbi hələ açıqlanmayıb.