Ukraynada dövlət qulluqçuları və deputatların hərbi təlimlərə göndərilməsi təklif edilir.
Azpost.info xəbər verir ki, bu təkliflə Ali Radada “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia çıxış edib.
Onun fikrincə, bu, ukraynalıların səfərbərlik tədbirlərindən qorxmaması üçün lazımdır.
“Bütün dövlət qulluqçuları və deputatlar üçün hərbi təlimlər təşkil edilsin. Bu, ukraynalıları səfərbərlikdən qorxmamağa və təlim keçməyə sövq edə bilər”, – Araxamia bildirib.
Azpost.info