Ukraynada döyüşmüş Rusiya vətəndaşlarının Avropaya girişi qadağan olunacaq

Avropa İttifaqı Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edən Rusiya vətəndaşlarına giriş qadağası tətbiqni müzakirə edir. 

AzPost bildirir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallas açıqlama verib. Kallas bu təklifin müzakirə olunduğunu vurğulayıb. O, bir çox Aİ ölkəsinin bu təşəbbüsü dəstəklədiyini bildirib.

Kallas qeyd edib ki, təklif Aİ nümayəndələrinin bu cür şəxslərin yaratdığı təhlükəsizlik təhdidinin qiymətləndirilməsi ilə bağlıdır.

O, həmçinin deyib ki, atəşkəs və ya digər qərarlar qəbul edildiyi təqdirdə ideyanı təkmilləşdirilə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.