Ukraynada fövqəladə vəziyyət elan olundu

Ukraynada fövqəladə vəziyyət elan olunub.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov məlumat verib. Danilov Təhlükəsizlik Şurasının iclasından sonra Ukraynanın bütün ərazisində fövqəladə vəziyyətin tətbiq edildiyini açıqlayıb.

O bildirib ki, fövqəladə vəziyyət Donetsk və Luqansk vilayətləri istisna olmaqla, bütün regionlarda tətbiq edilir. Həmin regionlarda isə bu rejim 2014-cü ildən qüvvədədir. Aleksey Danilov fövqəladə tədbirləri sadalayıb: ictimai asayişin mühafizəsinin gücləndirilməsi, nəqliyyatın hərəkətinin və onun yoxlanılmasının məhdudlaşdırılması, vətəndaşlardan sənədlərin yoxlanılması.

Onun sözlərinə görə, fövqəladə vəziyyət müəyyən ərazilərdən asılı olaraq dəyişəcək. Rusiya və Belarusla sərhədlərdə daha sərt fövqəladə vəziyyət tətbiq olunacaq. Eyni zamanda, lazım gələrsə, yerlərdə qərargah tərəfindən komendant saatının tətbiqi ilə bağlı qərarlar qəbul ediləcək.

Danilov onu da bildirib ki, hərbi vəziyyətin tətbiqi ilə bağlı qərar hələ verilməyib. Həmçinin səfərbərlik barədə qərar hələ yoxdur. Fövqəladə vəziyyətin 30 gün müddətinə tətbiq edilməsi planlaşdırılır. Rejimin müddəti 60 günə qədər uzadıla bilər.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Füzulidəki mövqelərimiz atəşə tutulub –

Sonrakı məqalə

“Oğlum pulemyot oğurlamayıb, əsassız yerə həbs ediblər” –