Ukraynada hava şarı qəzaya uğrayıb

23 May 2021 - 15:39

Ukraynanın qərbində sərnişinləri olan bir hava şarı qəzaya uğrayıb.

Bu barədə bu gün Ukrayna milli polisinin regional idarəsi Facebook səhifəsində məlumat verib. Qəza dünən axşam Xmelnytski bölgəsindəki Kamenets-Podolski şəhəri yaxınlığında baş verib.

Hava şarında bir pilot və beş sərnişin – Xmelnitsky və Kamenets-Podolsky şəhərlərinin sakinləri olub.

Nəticədə bir nəfər ölüb, pilot da daxil olmaqla daha beş nəfər yaralanıb.

Hadisə ilə əlaqədar olaraq hava uçuşları qaydalarının pozulması maddəsi ilə istintaq başladılıb.