Ukraynada indiyədək 6515 tibb işçisi koronavirusa yoluxub

27 İyun 2020 - 13:00
Ukraynada indiyədək yeni növ koronavirusa (COVID-19) yoluxan tibb işçilərinin sayı açıqlanıb.
APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov məlumat verib.
Nazirin sözlərinə görə, Ukraynada virusa yoluxma halı qeydə alınandan bu günə qədər 6515 tibb işçisi bu virusa yoluxub.
Koronavirus infeksiyasına yoluxan uşaqların sayı barədə də məlumat verən Maksim Stepanov bu rəqəmin 3086 olduğunu deyib.
Qeyd edək ki, Ukraynada indiyədək yeni növ koronavirusa yoluxanların sayı 42065 nəfərdir.