"Ukraynada məsələnin siyasi yolla və dialoqla həll edilməsi çox vacibdir" - PREZİDENTİN KÖMƏKÇİSİ
“Ukrayna ətrafında cərəyan edən hadisələri izləyirik”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”.
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...