“Ukraynadakı savaş 21-ci əsr tarixini dəyişəcək” –Bayden Kiyevə dəstək vəd edib

Ukraynadakı müharibə 21-ci əsr tarixini dəyişəcək.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov ilə görüşündə deyib.

Kulebanın sözlərinə görə, Bayden rus təcavüzkarına müqavimət göstərən bütün ukraynalılara hörmət və ehtiramını ifadə edib: “Prezident Bayden çox danışdı. Lakin mənim sizinlə bölüşə biləcəyim iki məqam var. Birincisi, biz 2014-cü ildən bəri deyirik ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi tiranlığın azad dünyaya qarşı müharibədir. O, bunu tam aydın başa düşür. Bu gün prezident Bayden məhz bunu dedi – Ukraynada baş verənlər 21-ci əsr tarixini dəyişəcək. Biz birgə səylərlə bu dəyişikliyin Ukraynanın, demokratik dünyanın xeyrinə olmasını təmin edəcəyik. İkincisi, prezident Bayden dedi ki, Birləşmiş Ştatlar qələbəyə qədər Ukraynanın yanında olacaq. Heç nə ABŞ-ı Ukraynadan üz döndərməyə və ya Ukraynaya dəstəyi zəiflətməyə məcbur etməyəcək. Əksinə, bu dəstək yalnız artacaq”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ prezidenti Putinə “qəssab” dedi –

Sonrakı məqalə

Bayden ukraynalı qaçqınlarla görüşüb –