Ukraynanı 400 min insan tərk edib –25 mini Avropa İttifaqına keçib

Hərbi əməliyyatlar başlayandan Ukraynanı 400 minə yaxın insan tərk edib.

Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, təkcə Slovakiya ilə sərhəddəki sərhəd keçidindən son 3 gündə 25 minə yaxın qaçqın Avropa İttifaqına keçib.

Ekspertlər onların sayının 4-5 milyon nəfərə çata biləcəyini proqnozlaşdırırlar. Bu, Suriya və Əfqanıstandan Avropaya 2 milyona qədər insanın getdiyi 2015-2016-cı il hadisələrini üstələyən miqrasiya böhranı demək olacaq. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gənclərin xaricdə təhsil almalarına dair Dövlət Proqramı təsdiq edildi –

Sonrakı məqalə

XİN Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatını şərh edib