“Ukraynanı Avropa İttifaqında görmək istəyirik!” –Avropa Komissiyasının rəhbəri

Ukrayna Avropa ölkəsidir və Avropa İttifaqı (Aİ) onu öz sıralarında görmək istəyir.

Azpost.info xəbər verir ki, bu bəyanatla Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen “Euronews” telekanalına müsahibəsində çıxış edib.

Komissiya rəhbəri bildirib ki, Ukrayna bəzi Avropa proseslərində, məsələn, Ukrayna bazarının vahid Aİ bazarına inteqrasiyasında iştirak edir: “Biz, enerji və digər sahələrdə çox sıx əməkdaşlıq edirik. Zaman keçdikcə Ukrayna Avropa İttifaqına daxil olmalıdır. Bu ölkə bizdən biridir və biz onu Avropa ailəsində görmək istəyirik”. Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski Ursula fon der Leyenlə danışıqlar apardığını və bu danışıqlarda ölkəsinin Avropa İttifaqına daxil olması məsələsinin qaldırıldığını bildirib. “Ursula fon der Leyenlə telefon danışığım oldu. Biz Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, makromaliyyə yardımı və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı konkret qərarları müzakirə etdik”, – Zelenski yazıb. Qeyd edək ki, Polşa prezidenti Anjey Duda Ukraynanın sürətləndirilmiş prosedur əsasında Avropa Birliyinə qəbul edilməsini təklif edib. İrlandiya artıq onun təşəbbüsünü dəstəkləyib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsmanın hesabatı Milli Məclisə daxil olub

Sonrakı məqalə

Putinin fəxri prezident və fəxri səfir səlahiyyətləri dayandırıldı