“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” –
Ukraynadakı hadisələr Çinin görmək istəmədiyi nöqtəyə çatıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun bildirib. “Çin dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Və Ukrayna ətrafında vəziyyətin danışıqlar yolu ilə həllini istəyir”, – daimi nümayəndə bildirib.
Eyni zamanda o, BMT-ni Ukraynadakı vəziyyətə cavab verməyə çağırıb və əlavə edib ki, bu cavab ağlabatan olmalıdır: “NATO-nun genişlənməsi Rusiyanın təhlükəsizlik maraqlarına təsir edib. Bu narahatlıqlar nəzərə alınmalıdır”.
Azpost.info
