Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müraciətinə baxılması proseduruna rəsmən başlanılıb.
Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın Avropa İttifaqındakı nümayəndəsi Vsevolod Çentsov öz “Tvitter” səhifəsində məlumat verib.
O, Ukraynanın prezident Zelenskinin imzaladığı Avropa İttifaqına üzvlük ərizəsini Aİ Şurasına sədrlik edən Filip Leqliz-Kostaya təqdim edib. Kosta Fransanın Aİ-dəki daimi nümayəndəsidir. “Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini təqdim etdim. Ərizə qeydə alınıb. Baxış prosedura başlanılıb”, – deyə Çentsov bildirib.
Azpost.info