Ukraynanın bərpası baha başa gələcək. Hesablamalara görə, bərpa üçün təxminən 400 milyard funt sterlinq lazım olacaq.
AzPost bildirir ki, bu barəə “The Times” nəşri bildirib.
Nəşrin məlumatına görə, dondurulmuş Rusiya aktivlərinin bərpa üçün istifadə oluna biləcəyi istisna edilmir. Üstəlik, işğal olunmuş ərazilərin geri alınması uzunmüddətli perspektivdə uğurlu və sabit Ukraynanın qurulmasından asılı olacaq.
Məqalədə deyilir ki, təkrar işğal qorxusu həmişə mövcud olacaq. Lakin Kiyev Tayvanda “kirpi strategiyası” adlandırılan sistemi qəbul edəcək: Özünü o qədər “tikanlı” edəcək ki, Moskva hərbi əməliyyatları bərpa etməzdən əvvəl çox diqqətlə düşünəcək.