Ukraynanın hava məkanı sərnişin təyyarələri üçün bağlandı

teyyare

Ukrayna hava məkanında mülki aviasiya uçuşları məhdudlaşdırılıb.

Azpost.info xəbər verir ki, bu barədə bu barədə “Flightradar24” xidməti “Tvitter”də məlumat yayıb. “Mülki aviasiya üçün təhdidlər səbəbindən Kiyev, Dnepr, Lvov və Odessa hava limanlarına mülki təyyarələrin uçuşları məhdudlaşdırılıb”, – məlumatda deyilir.

Bundan başqa Rusiyanın Ukrayna ilə həmsərhəd əraziləri – Bryansk, Voronej, Rostov, Kursk, Belqorod, Rostov vilayətləri və Krasnodar diyarı üzərindən uçuşlara qadağa qoyulub. Belarusun Ukrayna ilə həmsərhəd rayonları üzərində də səma bağlıdır.

Xatırladaq ki, Rusiya hakimiyyəti Ukrayna sərhədi boyunca səmanı bağlayıb. Müvafiq xəbərdarlıq Rusiya tərəfindən verilib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir