Ukraynanın Lvov şəhərinə raket zərbələri endirilib

lvov raket

Rusiya Ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.

UNİAN xəbər verir ki, Lvov vilayət hərbi administrasiyasının sədri Maksim Kozitski şəhərin Krivçits səmtində 3 güclü partlayışın baş verdiyini bildirib.

Zərbələrin “Kalibr” raketləri vasitəsilə endirildiyi ehtimal olunur.