Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) infrastrukturuna edilən hücumlar səbəbindən Qazaxıstan müvəqqəti olaraq təxminən 3,8 milyon ton neft ixrac edə bilməyib.
AzPost bildirir ki, bu barədə energetika naziri Yerlan Akkenjenov bildirib.
O bildirib ki, bu, birbaşa maliyyə itkiləri deyil, müəyyən edilmiş müddətdə daşınmayan və satılmayan neftlə bağlıdır. Hazırda anbarda saxlanılır və gələcək qiymətlər müəyyən olunandan sonra satılacaq. Buna görə də itkilərin miqdarını qiymətləndirmək hələ tezdir.
Xatırladaq ki, 29 noyabr 2025-ci ildə Novorossiysk limanında XBKK-nın dəniz infrastrukturuna Ukraynanın pilotsuz qayıqları hücum edib. VPU-2 səyyar körpüsü ciddi şəkildə zədələnib və bu da ixracata təsir edib.