Ukraynanın “Qarabağı” həll olunur –Donbasa xüsusi status verilir, seçkilər keçiriləcək

Ukrayna ATƏT-ə münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”nun mətninə razılığını verib.

Bu barədə ötən gün keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

Biz ATƏT-in münaqişənin həllinə dair Üçtərəfli Kontakt Qrupunun həmsədri Martin Saydika bu formulun mətni ilə razılaşdığımıza dair yazılı razılıq vermişik”, – deyə Zelenski əlavə edib.

V.Zelenski bildirib ki, “Ştaynmayer formulu” Donetsk və Luqansk vilayətlərində yerli özünüidarəetmənin qaydalarını müəyyən edir. Buna Donbasın xüsusi statusu haqqında qanun da deyilir. Bu o şərtlə qüvvəyə minir ki, yerli özünü idarəetmə seçkiləri Ukraynanın konstitusiyası və qanunvericiliyinə uyğun şəkildə keçirilir və ATƏT-in rəsmi hesabatı yayılır. Hesabatda isə ATƏT seçkilərin beynəlxalq standart və demokratik keçirildiyi bəyan edilir. “Bu o deməkdir ki, pulemyot gülləsi altında hər hansı seçki keçirilə bilməz”, deyə Zelenski aydınlıq gətirib.

Prezidentin sözlərinə görə, münaqişə zonasından qoşunların çəkilməsi məsələsi isə “normandiya dördlüyü” sammitində müzakirə ediləcək.

Zelenski, həmçinin bəyan edib ki, Üçtərəfli Kontakt Qrupunun oktyabrın 1-də keçirilən iclasında qoşunların Luqansk vilayətinin Zolotom və Donetsk vilayətinin Petrovsk yaşayış məntəqəsindən çıxarılması müzakirə edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb

Sonrakı məqalə

Ovçu  keşişi güllələdi