Sabiq Ukrayna məmurlarının 30 milyon dollarını müsadirə etdilər –Latviyada

Latviyanın hüquq mühafizə orqanları Ukraynanın sabiq məmurlarına məxsus olan 30 milyon dollardan çox vəsaiti müsadirə edib.

Azərtac Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Latviya məhkəməsi bu məbləğin müsadirə edilməsi barədə qərar çıxarıb. Müsadirə olunan aktivlərin Ukrayna dövlətinə qaytarılması məsələsi hökumətlərarası səviyyədə həll ediləcək.

Qeyd edək ki, bu vəsait Ukrayna Baş Prokurorluğunun hüquqi yardım tələbi çərçivəsində Latviyaya müraciəti əsasında müsadirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək

Sonrakı məqalə

Təhsil nazirinin müavinindən müəllimlərə irad: