Ukraynanın sabiq XİN başçısı ABŞ-a köçüb, Harvardda çalışır

Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba ABŞ-a köçüb. 

Azpost.info bildirir ki, Kuleba nazir vəzifəsini tərk etdikdən sonra ABŞ-ın Harvard Universitetinin Belfer Mərkəzində işə düzəlib.

Sabiq nazir Harvardın Con Kennedi adına İdarəçilik Məktəbindəki Belfer Elm və Beynəlxalq Münasibətlər Mərkəzinin baş elmi işçisidir.