2024-cü ildə G7-yə sədrlik edən ölkə kimi İtaliyanın prioritetləri Ukraynaya dəstək və süni intellektin tənzimlənməsi olacaq.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Romadakı hökumət mənbəsinə istinadən yazıb.
Agentlik yazır ki, Ukraynadakı müharibə kontekstində G7-nin məqsədi Kiyevi hərtərəfli dəstəkləmək və Rusiyaya heç bir zəiflik əlaməti göstərməməkdən ibarət olacaq.
“Builki G7 sammitlərindəki digər mövzular arasında Yaxın Şərqdəki münaqişə, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, Afrikanın inkişafı və Çinlə əlaqələr var”, – “Reuters” qeyd edib.
G7 liderlərinin sammiti iyunun ortalarında İtaliyada baş tutacaq. Ümumilikdə bu il nazirlər səviyyəsində G7-nin 20 görüşü olacaq.
Azpost.info