“Ukraynaya daha pul xərcləmək istəmirəm” –TRAMP

ABŞ-ın əsas məqsədi qan tökülməsinə son qoymaq, ikincisi isə Ukraynaya xərclənən pulları geri qaytarmaqdır”.

AzPost bildirir ki, bu sözləri ABŞ Prezidenti Tramp hökümətin iclasında çıxışı zamanı deyib.

O deyib ki, Ukrayna ilə mineral sazişinə əsasən, ABŞ  Ukraynaya göndərilən bütün pulları və “hətta daha çoxunu” geri alacaq.

Tramp həmçinin bildirib ki, ABŞ Ukraynada sülhməramlılarını yerləşdirməkdə Fransa və Britaniyaya dəstək verir

“ABŞ Ukraynaya “həddindən artıq” təhlükəsizlik zəmanəti verməyəcək. Bu, Avropadan asılıdır. Ukraynaya daha pul xərcləmək istəmirəm. Çox zəmanət verməyəcəyəm. Biz Avropadan bunu xahiş edəcəyik. Lakin prosesin yaxşı getdiyinə əmin olmaq üçün əlimizdən gələni edəcəyik”-deyə Tramp bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.