“Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur”– NATO Baş katibi

“Alyans ölkələrinin Ukraynaya silah tədarükü barışığa gətirib çıxaracaq”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Bu, paradoks kimi səslənə bilər. Lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur. Moskva başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək. Bunu başa düşəndən sonra sülh danışıqları mümkün olacaq”, – Baş katib bildirib.

Eyni zamanda o, Kiyevin Rusiyadakı hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab etdiyini deyib: “Hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Ukrayna da daxil olmaqla”.

Kiyevin orta mənzilli raketlərlə təmin olunması imkanlarına toxunan Stoltenberq NATO müttəfiqlərinin xüsusi döyüş sistemlərinin tədarükü ilə bağlı daimi dialoqda olduqlarına diqqət çəkib.

Azpost.info

Əvvəlki məqalə

Dünən ölkədə törədilmiş 31 cinayətin üstü açılıb –

Sonrakı məqalə

Bakıda “Fiat” avtomobillərini satan şirkət ləğv edilib